"Nə etdiyimizi bilir və bundan bizə qarşı istifadə etməyə çalışırlar"

25 Avqust 2022 10:20 İngiltərə 781
"Nə etdiyimizi bilir və bundan bizə qarşı istifadə etməyə çalışırlar"

“Liverpul”un qapıçısı Alisson Bekker Premyer Liqanın 3-cü turunda “Mançester Yunayted”ə məğlub olmalarının (1:2) səbəblərindən danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı növbəti turlarda mükəmməl oynamalı olduqlarını deyib:

“Komandalar bizimlə oynayanda nə etdiyimizi bilir və bundan bizə qarşı istifadə etməyə çalışırlar. Bu, çox vaxt bizə kömək edən bir şeydir, lakin bəzən cəzalandırılırıq.

“Mançester Yunayted”lə oyunda da məhz belə oldu. Növbəti oyunda daha mükəmməl olmalıyıq. Çətindir, amma birlikdə olsaq, bunu edəcəyik, təkmilləşəcəyik”.

Premyer Liqanın üçüncü turundan sonra mersisaydlılar turnir cədvəlində 16-cı yerdədir, “Mançester Yunayted” isə 14-cü pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada