"Çelsi" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, London təmsilçisi III turda "Lids Yunayted"in qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib. Qolları 33-cü dəqiqədə Brenden Eronson, 37-ci dəqiqədə Rodriqo, 69-cu dəqiqədə isə Cek Harrison vurub.
"Lids Yunayted" qələbə sayəsində xallarının sayını 7-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. 4 xalı olan "zadəganlar" 12-cı sırada yer alıb.
"Lids" - "Çelsi" 3:0
Qollar: Aaronson 33, Moreno 37, Harrison 69,

