Premyer Liqa nəhəngi "Real"ın ulduzunu transfer etdi - RƏSMİ

20 Avqust 2022 15:20 İngiltərə 1 014
Premyer Liqa nəhəngi "Real"ın ulduzunu transfer etdi - RƏSMİ

"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Real"dan Kazemironu transfer edib.

Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

"Mançester Yunayted" 30 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq. İngilislər braziliyalı oyunçu üçün Madrid klubuna 70 milyon avro ödəyəcək.

Kazemiro "Real"a 2015-ci ilin yayında "Portu"dan transfer olunmuşdu.

Braziliya millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 336 matçda 31 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti