Fransalı üçün böyük məbləğ təklif etməyə hazırdır - Premyer Liqa nəhəngi

03:00 İngiltərə 965
Fransalı üçün böyük məbləğ təklif etməyə hazırdır - Premyer Liqa nəhəngi

“Qarabağ”ın Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul” üçün “Bayern”in vingeri Mikael Olise əsas namizədlərdən biri olaraq qalır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar”ın fransalı futbolçunu Məhəmməd Salahın ideal əvəzedicisi kimi gördüyü və klubun “Bayern”in əsas oyunçusunu satmağa razı salmaq üçün xeyli məbləğ xərcləməyə hazır olduğu bildirilir.

23 yaşlı futbolçu bu mövsüm Münhen klubunun heyətində bütün yarışlarda 17 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 19:40 Çək və bizə göndər!