Premyer Liqanın 2 nəhəngindən Dibalaya təklif var

6 İyul 2022 12:00 İngiltərə 818
Premyer Liqanın 2 nəhəngindən Dibalaya təklif var

“Mançester Yunayted” və “Arsenal” hazırda azad agent statusunda olan argentinalı hücumçu Paulo Dibalanı transfer etməkdə maraqlıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliyanın “TuttoNapoli” nəşri məlumat yayıb.

İyun ayında Dibalanın “Yuventus”la müqaviləsi başa çatıb. “İnter” argentinalı hücumçu uğrunda mübarizədə əsas favorit hesab olunurdu.

Amma Milan klubu bu transferi həyata keçirmək üçün bir neçə futbolçusundan yaxa qurtarmalıdır.

Bu yaxınlarda “Mançester Yunayted” və “Arsenal” klubları futbolçunun nümayəndələrindən onun transferi ilə bağlı konkret məlumat istəyib.

Xəbərdə bildirilir ki, Dibala ildə 6 milyon avro və 4 illik müqavilə istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada