Yeni baş məşqçi Ronaldo ilə təkbətək söhbət edəcək

4 İyul 2022 18:20 İngiltərə 559
Yeni baş məşqçi Ronaldo ilə təkbətək söhbət edəcək

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq hücumçu Kriştiano Ronaldo ilə təkbətək söhbət edərək gələcəyini müzakirə etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, söhbət Ronaldonun komandanın təlim-məşq toplanışına gəldiyi zaman baş tutacaq.

Futbolçunun klubun transfer siyasətindən narazı olduğu üçün “Mançester Yunayted”i tərk edə biləcəyi deyilirdi.

Ronaldo 2021-ci il avqustun sonunda “Mançester Yunayted”ə keçib.

O, 2021/22 mövsümündə komandanın heyətində 38 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Hücumçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti