Premyer Liqa klubundan aldılar – 16 milyon avroya

29 İyun 2022 01:30 İngiltərə 500
Premyer Liqa klubundan aldılar – 16 milyon avroya

"Monako" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, "knyazlıq" təmsilçisi "Liverpul"un yarımmüdafiəçisi Takumi Minaminonu transfer edib.

Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yaponiyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Monako"nun 27 yaşlı futbolçu üçün İngiltərə klubuna 15 milyon avro ödədiyi bildirilir.

Takumi Minamino "Liverpul"a 2020-ci ilin yanvarında "Zaltsburq"dan transfer olunub.

Yaponiya millisinin üzvü başa çatan mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 22 matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Resim

Digər Xəbərlər
Xəbər Lenti