"Premyer Liqada qalib gəlmək Çempionlar Liqasından daha çətindir"

21 May 2022 22:00 İngiltərə 451
"Premyer Liqada qalib gəlmək Çempionlar Liqasından daha çətindir"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hesab edir ki, İngiltərə Premyer Liqasında qalib gəlmək Çempionlar Liqasında uğur qazanmaqdan daha çətindir.

Sportinfo.az xəbər verir ki, ispaniyalı Premyer Liqada sabitlik lazım olduğunu deyib:

“Premyer Liqada qalib gəlmək Çempionlar Liqasından daha çətindir. Çoxlu turlar, oyunlar, zədələr, müxtəlif vəziyyətlər…

Son illərdə Premyer Liqanın qalibi olmaq uğurdur. İngiltərə kubokunda olduğu kimi, bu, sadəcə bir matç deyil, burada sabitlik lazımdır.

Mən demirəm ki, Çempionlar Liqası vacib deyil. Orda da finalda olmaq istərdik”.

MS Premyer Liqanın 37 turundan sonra 90 xal toplayıb və “Liverpul”u 1 xal qabaqlayaraq, turnir cədvəlində birinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti