"Bu, ilkin şərt deyil, amma bunun nə qədər böyük olduğunu bilirəm”

18 May 2022 12:20 İngiltərə 484
"Bu, ilkin şərt deyil, amma bunun nə qədər böyük olduğunu bilirəm”

“Brentford”un yarımmüdafiəçisi Kristian Eriksen gələcəyi ilə bağlı planlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı danimarkalı yarımmüdafiəçi Çempionlar Liqasında oynamaq istədiyini bildirib:

“Bir neçə təklifim var ki, yekun qərar qəbul etməzdən əvvəl diqqətlə öyrənəcəyik. Yenidən Çempionlar Liqasında oynamaq istərdim. Bu, ilkin şərt deyil, amma bunun nə qədər böyük olduğunu bilirəm”.

Eriksen 2022-ci ilin yanvarından “Brentford”da çıxış edir. O, komandanın heyətində 9 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub.

Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.

Digər Xəbərlər
Xəbər Lenti