“Qırmızı şeytanlar” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

23 Yanvar 01:40 İngiltərə 222
“Qırmızı şeytanlar” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted” bu tur doğma meydanda “Vest Hem”i qəbul edib.

Olduqca maraqlı keçən qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə nəticələnib.

İkinci hissəyə əlavə edilmiş son dəqiqədə (90+3) Markus Reşford komandasına qələbəni gətirən qola imza atıb.

Qələbə nəticəsində “Mançester Yunayted” “Vest Hem”i də qabaqlayaraq dördüncü pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti