Paytaxt klubu əl çəkmir – O da “məvacib artırılsın” deyir 

14 Yanvar 2022 12:00 İngiltərə 620
Paytaxt klubu əl çəkmir – O da “məvacib artırılsın” deyir 

"Çelsi"si Antonio Ryudigeri komandada saxlamaq cəhdlərindən əl çəkmir.

Sportinfo.az xəbər verir ki, alman müdafiəçinin müqaviləsi mövsümün sonunda başa çatır.

28 yaşlı futbolçu London klubunun ilk təklifini geri çevirib. “Çelsi” ona həftədə 167 min avro məvacib təklif edirdi.

Amma futbolçu yeni müqavilədə həftəlik məvacibinin 240 min avro olmasını istəyir. Məlumata görə, “Çelsi” bu təklifi qəbul etməyə hazırlaşır.

O, baş məşqçi Tomas Tuxelin bəyəndiyi oyunçulardandır və yüksək forma yığa bilib. Ryudigerin xidmətində PSJ, “Real”ın maraqlı olduğu bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!