Premyer Liqa klubundan müdafiəçiyə görə 50 milyon, üstəgəl...

5 Avqust 2021 01:38 İngiltərə 934
Premyer Liqa klubundan müdafiəçiyə görə 50 milyon, üstəgəl...

“Tottenhem” “Atalanta”nın müdafiəçisi Kristian Romeronu transfer etməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, İtaliya klubu “Tottenhem”in təklifini qəbul edib.

Londonlular Argentina yığmasının müdafiəçisinə görə 50 milyon avro, üstəgəl, 5 milyon avro da bonus ödəyəcək.

Yaxın 2 gün ərzində futbolçunun “Tottenhem”in düşərgəsinə qoşulacağı gözlənilir. Onun 2026-cı ilin yayına qədər müqavilə bağlayacağı bildirilir.

Bir müddət əvvəl “Atalanta” “Tottenhem”in təklifini geri çevirmişdi. Romero ötən mövsüm A seriyasının ən yaxşı müdafiəçilərindən hesab olunub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"