MY ilə “Real” razılaşdı – 45-55 milyon arası

26 İyul 2021 15:40 İngiltərə 429
MY ilə “Real” razılaşdı – 45-55 milyon arası

“Mançester Yunayted” Rafael Varanı transfer etməyə çox yaxındır.

Sportinfo.az xəbər verir ki, danışıqlar çoxdan aparılsa da, klublar razılıq əldə edə bilmirdilər. Amma son günlər bəzi şərtlərdə anlaşma ldə olunub.

MY istəyirdi ki, fransız futbolçuya görə bazar qiymətindən aşağı məbləğ ödəsin. Çünki onun “Real”la cəmisi 1 illik müqaviləsi qalır.

“Kral klubu2 isə futbolçunun satışından 70 milyon avro qazanmaq istəyirdi. MY isə 40 milyon ödəməyə hazır idi.

Ən son məlumata görə isə tərəflər arasında razılıq əldə edilib. MY “Real”a 45-55 milyon arası vəsait ödəyəcək. Tərəflər arasında danışıqların son mərhələsi başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti