Premyer Liqa futbolçusundan 300 min avroluq XEYİRXAH ADDIM

10 İyun 2021 15:40 İngiltərə 524
Premyer Liqa futbolçusundan 300 min avroluq XEYİRXAH ADDIM

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan xeyirxah addımı ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, türk əsilli almaniyalı yarımmüdafiəçi “şəhərlilər”lə Çempionlar Liqasının finalında iştirak etdiyi üçün aldığı 300 min avro mükafatı xeyriyyə məqsədiylə xərcləyib.

İlkay bu məbləği uşaqlıqda formasını geyindiyi “Hessler” klubuna bağışlayıb. Bu vəsait klub üçün süni örtüklü meydançanın hazırlanmasına xərclənəcək.

“Mançester Siti” Çempionlar Liqasının finalında “Çelsi”yə 0:1 hesabıyla uduzub.

Digər Xəbərlər
Xəbər Lenti