Qvardiola hədələdi: "Kimsə hesab etsə ki..."

2 Mart 2021 15:20 İngiltərə 471
Qvardiola hədələdi: "Kimsə hesab etsə ki..."

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın düşərgəsindəki əhval-ruhiyyə barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Pep ardıcıl qələbələrdən sonra futbolçuları necə motivasiya etdiyi haqda da məlumat verib.

O, yetirmələrinə xəbərdarlıq da edib: “Bir saniyə də olsun sayıqlığı itirməməliyik. “Mançester Siti” həmişə maksimumu əldə etməyə çalışmalıdır – bu, bizim hədəfimizdir.

Ardıcıl qələbələr qazanmağımıza baxmayaraq, futbolçular daim maksimum hədəf uğrunda mübarizə aparmalıdırlar. Əgər hiss etsəm ki, hansısa futbolçu hər şeyin həll olunduğunu düşünür, onda o, meydana çıxmayacaq.

Bu məsələdə öz hisslərimə güvənirəm. Həmişə demişəm ki, çempion “Liverpul”dur. “Siti”nin çempion olması üçün isə qarşıda oyunlar var”.

Digər Xəbərlər
Xəbər Lenti