“Arsenal” “Lester”i səfərdə “topa tutdu” - VİDEO

1 Mart 2021 00:28 İngiltərə 535
“Arsenal” “Lester”i səfərdə “topa tutdu” - VİDEO

Sportinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasının XXVI turunda “Lester” doğma meydanda “Arsenal”ı qonaq edib.

Bu matça qədər dörd oyunda məğlub olmayan “tülkülər” bu dəfə 3 xal arzusuna çata bilməyiblər.

Meydan sahibləri hesabda erkən önə keçsələr də, “topçular”ın üç dəqiq atəşindən qurtula bilməyiblər.

Tilemansın 6-cı dəqiqədə vurduğu qola David Luiz (39-cu dəqiqə), Lakazet (45-ci dəqiqə) və Pepe (52-ci dəqiqə) ilə qarşılıq verən “Arsenal” səfərdən qələbə ilə dönməyi bacarıb.

Bu nəticə ilə 49 xalda qalan “Lester” ikinci pillədəki yerini əldən verib. “Arsenal” isə xalını 37-ə çatdıraraq 10-cu pilləyə irəliləyib.

Digər Xəbərlər
Xəbər Lenti