"O, matçın gedişatını dəyişən və nəticə qazandıra bilən oyunçudur"

12 İyun 2024 10:00 İngiltərə 2 159
"O, matçın gedişatını dəyişən və nəticə qazandıra bilən oyunçudur"

İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi Avropa çempionatına hazırlaşan “Arsenal”ın futbolçusu Bukayo Sakanın oyun keyfiyyətindən danışıb.

Sportinfo.az “Afc Stuff”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, Sakanın son bir neçə ildə fantastik performans nümayiş etdirdiyini bildirib:

“O, İngiltərə millisinin hücumunun sağ cinahında yerini möhkəmləndirdi.

Saka matçın gedişatını dəyişən və nəticə qazandıra bilən oyunçudur. O, xüsusilə, son bir neçə ildə fantastik performans nümayiş etdirib”.

Saka İngiltərə Premyer Liqasının son mövsümünü 35 matçda 16 qol və 9 məhsuldar ötürmə ilə başa vurub.

“Arsenal”ın futbolçusu AÇ-2020-nin finalında İtaliya millisinin qapısına penalti vura bilməməsi ilə yadda qalmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da