Özil "Arsenal"la vidalaşdı

18 Yanvar 2021 00:28 İngiltərə 710
Özil "Arsenal"la vidalaşdı

"Arsenal"ın futbolçusu Mesut Özil tezliklə "Fənərbaxça"ya keçəcək.

Sportinfo.az xəbər verir ki, türk əsilli almaniyalı yarımmüdafiəçi artıq London klubunun futbolçuları və işçiləri ilə vidalaşıb.

Onun yaxın günlərdə İstanbula gedərək yeni klubu ilə mqavilə imzalayacağı bildirilib.

Özil bu mövsüm “Arsenal”ın Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil edilməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti