ŞOK! "Qalatasaray"a görə BOS-un turniketləri sındırıldı

27 Mart 2023 14:00 Hadisə 684
ŞOK! "Qalatasaray"a görə BOS-un turniketləri sındırıldı

Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Qalatasaray” arasında təşkil olunan qardaşlıq matçı zamanı arenaya ziyan dəyib.

Sportinfo.az hadisə yerində olan hal şahidinin sözlərinə əsasən xəbər verir ki, matçın başlamasına dəqiqələr qalmış stadiona daxil olmaqda çətinlik çəkən azarkeşlərin bir qismi turniketlərin üstündən aşmaq həvəsinə düşüb.

Polis və mühafizə qüvvələrinin səyinə baxmayaraq, bir qrup fanat turniketlərə ziyan vurmaqla istəyinə çatıb.

Xəbərin doğruluğunu yoxlamaq, məsələnin kökünə varmaq, eləcə də BOS-a dəymiş ziyanın məbləğini öyrənmək üçün ölkənin bir nömrəli idman qurğusunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Fərid Əsədovla əlaqə saxladıq:

“Bəli, doğru məlumatdır. Oyunun başlamasına az vaxt qalmış stadiona daxil olmaq istəyən azarkeşlər turniketlər önündə sıxlıq yaradıb.

Hətta onlardan bəzilər turniketləri aşaraq arenaya daxil olmağa cəhd edib. Məndə olan bilgiyə görə, turniketlərdən bəzilərinə ziyan dəyib, sındırılıb. Hazırda əməkdaşlarımız dəymiş ziyanla bağlı araşdırma aparır”.

Martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Qalatasaray” arasında baş tutan qardaşlıq görüşündə rəqib 2:1 hesabı ilə qalib gəlib.

“Cim-Bom” 4-cü dəqiqədə Bafetimbi Qomislə hesabı açsa da, Redon Cica 19-cu dəqiqədə status-kvonu bərpa edib.

87-ci dəqiqədə meydana sonradan daxil olan Mauro İkardi cərimə meydançasında özünə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"