Elxan Məmmədov “Kəpəz”in “xaç atası”nı niyə geri qaytardı?

23 İyun 2022 16:20 Hadisə 1 080
Elxan Məmmədov “Kəpəz”in “xaç atası”nı niyə geri qaytardı?

2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Kəpəz"də yeni təyinat gerçəkləşib.

Mehman Allahverdiyev Gəncə təmsilçisinin idman direktoru təyin olunub.

Onunla 1 illik müqavilə imzalanıb. Əslən gəncəli olan Mehman Allahverdiyev Azərbaycanın ən titullu məşqçilərindəndir.

O, "Kəpəz"in baş məşqçisi kimi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb.

Həm məşqçilik karyerası ərzində, həm də sonradan icraçı direktor kimi yalnız "Kəpəz"də çalışıb. 2016-cı il sentyabrın 22-də klubun Müşahidə Şurasının qərarı ilə icraçı direktor vəzifəsindən azad olunub və o vaxtdan futbol sahəsində çalışmayıb.

Bu qayıdış haqda ilk xəbər Sportinfo.az-a məxsusdur. Saytımız hələ fevralda həmin məlumatı öz oxucuları ilə paylaşıb (https://www.sportinfo.az/idman_xeberleri/zire/133646.html).

Həmin vaxt AFFA-nın icraçı vitse-prezidenti olan Elxan Məmmədov onunla əlaqə saxlayıb, gələcək planları ilə maraqlanıb. Söhbət əsnasında tərəflər arasında görüş keçirilməsindən danışılıb.

Klubun ovaxtkı rəhbərliyi ilə arasında yaranmış problem üzündən buradan uzaqlaşan “xaç atası”nın üzərinə indi ciddi iş düşür. O, “Kəpəz”in idarəçilərini və Yaşar Vahabzadəni yerli publikanın təzyiqindən qorumalıdır.

Gün kimi aydındır ki, gəncəli azarkeşlər icraçı direktor İlqar Nadiri ilə yanaşı, baş məşqçinin fəaliyyətindən kəskin narazıdır və dəfələrlə onların istefasını tələb edib.

Digər Xəbərlər
Xəbər Lenti