Səhiyyə idarəsi tələb etdi, Azərbaycan millisinin hücumçusu karantinə alındı

2 Dekabr 2021 09:00 Hadisə 421
Səhiyyə idarəsi tələb etdi, Azərbaycan millisinin hücumçusu karantinə alındı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Tondela" koronavirusa görə tam tərkibdə karantinə alınıb.

Sportinfo.az Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, kollektiv yerli səhiyyə idarəsinin müvafiq tələbi ilə təcrid olunub.

Daha əvvəl "Tondela"nın baş məşqçisi Pako Ayestaran, yarımmüdafiəçi Manu Ernando və hücumçu Salvador Aqranın koronavirus testi müsbət çıxıb.

Müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan Renat Dadaşov bu ilin iyulundan icarə əsasında "Tondela"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu