Oyundan sonra 2 azarkeş həbs olundu, biri saxlanıldı - Premyer Liqada olay!

17 Oktyabr 2021 18:40 Hadisə 395
Oyundan sonra 2 azarkeş həbs olundu, biri saxlanıldı - Premyer Liqada olay!

İngiltərə polisi "Mançester Siti" və "Börnli" arasında "Etihad" stadionunda keçirilmiş Premyer Liqanın VIII tur matçından sonra 2 azarkeşi həbs edib.

Sportinfo.az xəbər verir ki, hadisəyə fanatların homofob xarakterli şüarlar səsləndirməsi səbəb olub.

Həmçinin ictimai asayişi pozmaqda və xidmətdə olan polis əməkdaşlarına hücum etməkdə şübhəli bilinən başqa bir tərəfdar saxlanılıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, matçlar zamanı irqçilik və təhqirə yol verənlərə qarşı qəti tədbirlər görüləcək.

"Mançester Siti" - "Börnli" oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti