Millimizin hücumçusunun bir gözü güldü, bir gözü ağladı: “Hər şey sənin üçün idi” - FOTO

27 Sentyabr 2021 14:20 Hadisə 1 083
Millimizin hücumçusunun bir gözü güldü, bir gözü ağladı: “Hər şey sənin üçün idi” - FOTO

Azərbaycan millisinin üzvü Renat Dadaşovun babası vəfat edib.

Sportinfo.az xəbər verir ki, gənc hücumçu bununla bağlı İnstaqram səhifəsində paylaşım edib.

"Tondela”da çıxış edən Dadaşov Portuqaliya çempionatının 7-ci turunda “Famalikao” ilə qarşılaşmadan sonra babasının öldüyünü bilib.

84-cü dəqiqədə qol vuraraq komandasına 3:2 hesablı qələbə qazandıran forvardın sevinci çox çəkməyib. O, paltardəyişmə otağında üzücü xəbəri alıb.

Renat “Oyundan sonra matçlarımı bir daha canlı olaraq izləyə bilməyəcəyin mesajlarını aldım. Hər şey sənin üçün idi, baba.

Kaş bunu görə biləydin, amma əminəm ki, görürsən. Səndən ötrü darıxıram, dincəl. Səni sevirəm”.

Digər Xəbərlər
Xəbər Lenti