Kosta ilə razılığa gəldi

14 May 2021 22:20 Hadisə 816
Kosta ilə razılığa gəldi

"Yuventus"un futbolçusu Duqlas Kosta karyerasını Braziliyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, icarə əsasında Münhen "Bayern"ində çıxış edən braziliyalı yarımmüdafiəçi "Qremio" ilə anlaşıb.

30 yaşlı futbolçu yeni mövsümdə komandaya qoşulacaq. Onun illik maaşı 2,8 milyon avro olacaq.

Kosta bu mövsüm keçirdiyi 22 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib. Braziliya millisinin üzvü "Qremio"nun yetirməsidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"