"Qarabağ" və "Neftçi"nin potensial rəqibləri bəlli oldu- Konfrans Liqasında

2 Avqust 2021 16:20 Gündəm 1 814
"Qarabağ" və "Neftçi"nin potensial rəqibləri bəlli oldu- Konfrans Liqasında

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşk zamanı Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Neftçi" - HİK cütünün məğlubu və Konfrans Liqasının 3-cü təsnifat mərhələsində oynanılacaq "Qarabağ" - AEL cütünün qalibinin potensial rəqibləri bəlli olub.

Neftçi" - HİK cütünün məğlubu Konfrans Liqasının pley-off mərhələsində “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq.

Məğlub komanda ilk oyununu evdə keçirəcək. "Qarabağ" isə mərhələ adlayacağı təqdirdə, "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək və ilk görüşünü evdə oynayacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 19 avqust, cavab görüşləri isə 26 avqust tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"