Azərbaycanda daha 1809 nəfər yoluxdu, 33 nəfər öldü

23 Aprel 2021 16:50 Gündəm 728
Azərbaycanda daha 1809 nəfər yoluxdu, 33 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 809 yeni yoluxma faktı qeydə alınıb, 2 191 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sportinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 309 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4 307 nəfər vəfat edib. 30 716 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097, bu günə qədər isə ümumilikdə 3 164 974 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"