«İmişli» ötən mövsüm xidmətindən yararlandığı, iyulda da yollarını ayırdığı Rafael Veqaşlə bağlı mövqeyini dəyişib.
Premyer Liqada ikinci mövsümünü keçirən aran təmsilçisi portuqaliyalı müdafiəçini geri qaytarıb.
Rayonun eyniadlı klubu 32 yaşlı legionerin xidmətindən 2027-ci ilin yayınadək yararlanacaq.
Sezonlararası fasilədə Jorj Kaşkilyanı baş məşqçi postundan geri göndərən və Fərid Namazovu geri qaytaran «İmişli» bu aralıqda 13 nəfərlə vidalaşıb.
Abbas Ağazadə, Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Andrey Sinenka, Hüseynəli Quliyev, Ezekiel Morqan, Ronaldo Souza, Nazim Hüseynov/ və Dominqos Senqui Hermenegildo düşərgəni tərk edib.
SPORTİNFO.AZ
