Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun futbolsuz günləri bitmək üzrədir.
27 yaşlı forvard Ukraynadan təklif alıb.
Yüksək Liqada mübarizə aparan “Bukovina”dan gələn dəvəti qəbul edib. Tərəflər müqavilə şərtlərini aşağı-yuxarı razılaşdırıb.
Burada yeganə problem gediş-gəlişlə bağlıdır. Yığmamızın üzvü viza ala bilmək üçün Ukrayna səfirliyinə müraciət edib.
Bu prosedur o qədər də asan deyil, mütləq gözləməlisən. Dadaşovun sənədləri yoxlamadan keçməlidir və yalnız ondan sonra məlum olacaq ki, Ukraynaya girişinə icazə veriləcək, ya yox.
Məlumat üçün bildirək ki, “Bukovina” bu mövsüm Ukrayna Premyer Liqasına vəsiqə qazanıb. Komanda hazırda 5 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.
Dadaşovun sonuncu klubu Polşada "Motor" olub. Burada keçirdiyi 22 görüşdə heç nə ilə yadda qalmayıb.
Azərbaycan millisində 45 görüşdə 7 qolla yadda qalan ön cətt oyunçusu Frankfurt “Ayntraxt“ının yetirməsidir.
O. daha öncə “Eştoril”, “Vulverhempton”, “Pakoş Ferreyra”, “Qrasshopper”, “Tondela”, “Hatayspor”, “Ankaragücü” və “Radomiak”da çıxış edib.
SPORTİNFO.AZ

