Koronavirusa görə bağça, məktəb və universitetlər bağlanır?

3 Mart 2021 12:30 Gündəm 1 376
Koronavirusa görə bağça, məktəb və universitetlər bağlanır?

Sportinfo.az xəbər verir ki, Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağça, məktəb və universitetlərdə dərslərin dayandırılacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib ki, belə xəbərlər həqiqəti əks etdirmir.

O deyib ki, tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı: "Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

Digər Xəbərlər
Xəbər Lenti