Can üstündə olan millimiz - Nəhayət, qərar veriləcəkmi?

11 Fevral 2020 10:24 Futzal 1 511
Can üstündə olan millimiz - Nəhayət, qərar veriləcəkmi?

Azərbaycan futzal millisi tarixində ikinci dəfə mundial finallarına iştirak etmək hüququnu qazana bilmədi.

Komandanın dünya çempionatının seçmə elit raundunda mürəkkəb qrupda yer aldığı bəlli idi.

Amma ümid də var idi. İlk oyundan sonra inam bir az da soldu, sonra Rusiya ilə qarşılaşmada yenidən ümid parladı. Sonda isə özümüz nöqtəni qoyduq. Hərçənd xorvatların Rusiya ilə görüşü də nöqtənin məqsədli, məramlı cəhətini göstərdi.

Millinin final mərhələsinə vəsiqə qazana bilməməsi təəccübli deyil. Çünki mövcud vəziyyətdə yerli futzalın səviyyəsi budur. Əsas və inam üçün buna qədər və bundan sonra olanara dda baxmaq lazımdır.

Uğurların təməli olmursa, ona "təsadüfi" damğası vurulur. Bir dəfə yaxşı, o biri dəfə zəif nəticələr də buradan gəlir. Bizim futzalın nə bazası var, nə də perspektivi, sabah komandanın heyətinə kimin yer ala biləcəyi heç məlum deyil.

Kadrların arada və necə yetişdiriləcəyi də həmçinin. Bir sözlə, son yarışdakı kimi, ümumi futzalımızda vəziyyət bir o qədər qaneedici deyil və islahatlara zərurət var.

Vaxtilə əcnəbi futzalçılarla cuşa gətirilən Azərbaycan futzalınının klub və milli səviyyəsindəki yüksəlişi intibah ümidi doğururdu. 60-70-ci illəri demirəm, 90-cı illərdə ölkə çempionatındakı kəskin rəqabətin özü, hətta beynəlxalq uğursuzluqlar fonunda belə, inkişafa zəmin yaradırdı.

Onilliklərin qarşılıqlı müqayisəli təhlili məhz belə düşünməyə də əsas verirdi. Təəssüflər ki, strateji hədəflərin olmaması, xüsusən regionlarda idman infrastrukturunun inkişafı şəraitində bu şanslar daha çox olsa da, futzalın planlı-proqramlı fəaliyyəti üçün cəhdlər olmadı, addımlar atılmadı.

Futzal spontan – öz-özünə törəyən bir növ kimi qaldı. Nəticəsini isə bir daha Osiyekdə müşahidə etdik.

29 yanvar: Xorvatiya - Azərbaycan 2:0 (Luka Periç, 3:02, Franko Yelovçiç, 37:40), Rusiya – Slovakiya 7:1.

30 yanvar: Azərbaycan – Rusiya 4:3 (Rafael Vilela 1:44, Everton Kardozo 33:31, 39:24, İsa Atayev 36:45//Romulu, 15:28, Daniil Davıdov, 17:19, Artyom Antoşkin, 39:40), Xorvatiya – Slovakiya 3:2.

1 fevral: Slovakiya – Azərbaycan 3:3 (Hudek, 8:10, Şevçik, 30:42, Kıyovskı, 39:50//Rafael Vilela, 16:21, Kıyovski 28:51-öz qap. Bolinya, 39:57).Rusiya – Xorvatiya 4:3.

1. Rusiya 3 2 0 1 14-8 6
2. Xorvatiya 3 2 0 1 8-6 6
3. Azərbaycan 3 1 1 1 7-8 4
4. Slovakiya 3 0 1 2 6-13 1
BATI YAR

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!