Millimizin oyunlarını hansı kanal göstərəcək? - AÇIQLANDI

27 Yanvar 2020 17:16 Futzal 1 207
Millimizin oyunlarını hansı kanal göstərəcək? - AÇIQLANDI

Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2020-nin elit-raund mərhələsində keçirəcəyi oyunları yayımlayacaq telekanal məlum olub.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

DÇ-nin elit-raund mərhələsinin C qrupunda yer alan milli yanvarın 29-da, saat 23:00-da Xorvatiya, yanvarın 30-da, saat 20:00-da Rusiya, fevralın 1-də, saat 20:00-da isə Slovakiya yığması ilə qarşılaşacaq.

Xəbər Lenti