“Mətbuat Ronaldo haqqında sensasiyalı başlıqları sevir”

18:20 Dünya futbolu 97
“Mətbuat Ronaldo haqqında sensasiyalı başlıqları sevir”

“Napoli”nin və Danimarka millisinin hücumçusu Rasmus Hoylund, Kriştiano Ronaldo ilə Portuqaliya yığmasının rəhbərliyi arasındakı vəziyyətə münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında “Sabah”ın rəqibi olan “Napoli”nin hücumçusu, Ronaldonun kumiri olduğunu deyib:

“Mətbuat Ronaldo haqqında sensasiyalı başlıqları sevir. Mən çoxdan demişəm ki, o, mənim kumirimdir.

Ümid edirəm ki, milli komanda ilə bağlı məsələ həllini tapar. Onun üçün hər şeyin bu cür bitməsi çox təəssüf doğurardı. Ronaldo futbol tarixinin ən böyük oyunçusudur”.

Ronaldo Portuqaliya millisinin baş məşqçisi Jorje Jesusla fikir ayrılığı səbəbindən komandadan ayrılıb.

Jesus Millətlər Liqasında Norveç yığmasına qarşı oyunda “Əl-Nəsr”in forvardını meydana buraxacağına söz versə də, sonradan fikrini dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti