U-20 milli komandamız yoxlama görüşü çərçivəsində Yaponiyadan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda keçirilən görüş futbolçularımızın qələbəsi ilə başa çatıb. Qarşılaşmanın 90 dəqiqəsi 0:0 hesabı ilə yekunlaşıb. Əlavə vaxt oynanılmadan penaltilər seriyasına keçilib.
Burada isə komandamızın qapıçısı Həbib Hüşənov iki penalti zərbəsini dəf edərək qəhrəmana çevrilib və qələbəni təmin edib.
Oyundan sonra matçın qəhrəmanı olan kiper Sportinfo TV-yə müsahibə verib.
Aşağıdakı linkə daxil olaraq müsahibəni izləyə bilərsiniz:
