Azərbaycanı Çempionlar Liqasında bu klub təmsil edəcək

19 May 2021 20:20 Futzal 758
Azərbaycanı Çempionlar Liqasında bu klub təmsil edəcək

Azərbaycanı 2021/22 mövsümü üçün futzal üzrə Çempionlar Liqasında təmsil edəcək klub müəyyənləşib.

“Araz” ötən illər olduğu kimi, yenə mğtəbər turnirdə mübarizə aparacaq.

Heç kimə sirr deyil ki, pandemiya səbəbindən artıq 1 ildən çoxdur ölkə çempionatı keçirilmir, zallar futzalçıların üzünə bağlanıb.

Futzal Federasiyasının “Araz”ın üzərində dayanmasının səbəbi sadədir. Naşxıvan təmsilçisi son illərin dəyişməz çempionu olmaqla yanaşı, millinin bazası sayılır.

Yığma isə yaxınlarda Avropa çempionatının seçmə raundunda iştirak edərək, final mərhələsinə vəsiqə qazanıb. Həm də ki, güclülər dəstəsinin digər iştirakçıları yarımhəvəskar səviyyədə fəaliyyət göstərir və ötən müddət ərzində tamamilə “gözdən itib”.

UEFA ÇL-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmaların vaxtını açıqlayıb.

Qitə futbol qurumunun rəsmi saytının yaydığı xəbərə görə, oyunlar avqustun 20-25-i aralığında təşkil olunacaq. İyulun 7-də isə təsnifat və əsas mərhələnin püşkatma mərasimi baş tutacaq.

Xatırlyırsızsa, ötən il də çempionat pandemiya səbəbindən başa çatdırılmadı. Və yekunda son turnir cədvəlinə uyğun olaraq, İcraiyyə Komitəsi hansı komandanın ÇL-ə yollanacğına qərar verdi. Bu dəfə də belə olacaq - “Araz” gedəcək.

UEFA çempionatı keçirilməyən ölkələrə tövsiyə xarakterli məktub ünvanlayıb. Orada bildirilib ki, COVID-19-a görə ölkədə yarış təşkil etmək mümkün olmayıbsa, son çempionatın turnir cədvəlinə uyğun qalibi müəyyənləşdirib, adını ali futbol qurumuna göndərmək olar.

SPORTİNFO.AZ

Xəbər Lenti