Millimiz üçün təyinatlar

6 Mart 2021 17:00 Futzal 886
Millimiz üçün təyinatlar

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə səfər oyununun bütün təyinatları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, görüşün əsas referisi polşalı Damian Qrabovski olacaq.

İkinci hakim funksiyasını onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək. Matçın üçüncü hakimi moldovalı Viktor Bugenko, UEFA nümayəndəsi isə serbiyalı Zoran Dimiç olacaq.

Martın 9-da Çoresku İdman zalında keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Ötən gün Bakıda baş tutan qarşılaşmada Azərbaycan millisi rəqibini 5:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır