Ağayev AÇ-2024-ün seçmə mərhələ oyununa təyinat aldı

15 Noyabr 2023 00:50 Bizimkilər 1 327
Ağayev AÇ-2024-ün seçmə mərhələ oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, AVRO-2024-ün seçmə mərhələsində Finlandiya və Şimali İrlandiya yığmaları arasında keçiriləcək oyunu idarə edəcək.

36 yaşlı ədalət təmsilçisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.

Noyabrın 17-də Helsinkidə reallaşacaq Finlandiya - Şimali İrlandiya görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti