"Mən də istərəm buradan 3-4 futbolçunu öz komandamda görüm"

21 Yanvar 03:00 Zirə 14 258
"Mən də istərəm buradan 3-4 futbolçunu öz komandamda görüm"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov futbolçu Rəhim Sadıxovun komandadan ayrıla biləcəyi ilə bağlı yayılan iddiaları şərh edib.

Sportinfo.az xəbər verir ki, o, bununla bağlı deyib:

"Rəhimlə bağlı xəbərləri mən də oxudum. Təklif olsa, dəyərləndirə bilərik.

Rəhim də daxil olmaqla bir neçə futbolçumuza ölkə xaricindən maraq göstərilib.

Bəlkə də söhbətlər ordan yaranır. Lakin konkret heç nə yoxdur.

Mən də istərəm “Araz-Naxçıvan”dan 3-4 futbolçunu komandamda görüm. Gənc məşqçilər arasında bu barədə müzakirələr gedir.

Rəhimin də digər klubların maraq dairəsində olması normaldır. Yaxşı futbolçudur. Ciddi, konkret təklif olsa, düşünüb qərar verəcəyik".

"Araz-Naxçıvan"ın R.Sadıqovla maraqlandığı barədə xəbərlər yayılıb.

Xəbər Lenti