“Qalatasaray” Bakıda qol vura bilməyən hücumçusunu fransızlara satır

22 Sentyabr 2022 09:00 Fransa 1 856
“Qalatasaray” Bakıda qol vura bilməyən hücumçusunu fransızlara satır

"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən olan Fransa "Nant"ı cari mövsümün əvvəlində "Qalatasaray"dan icarəyə götürdüyü misirli futbolçu Mustafa Məhəmmədi birdəfəlik transfer edəcək.

Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi 11 oyuna 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 25 yaşlı forvardın keçidi üçün yaxın günlərdə İstanbul klubu ilə danışıqlara başlayacaq.

"Cim-Bom" futolçusuna 5,750 milyon avro qiymət qoyub.

"Qarabağ" və "Nant" arasında ilk qarşılaşmada Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşdə "köhlən atlar" rəqibini darmadağın edib - 3:0.

Digər Xəbərlər
Xəbər Lenti