PSJ yeni baş məşqçisini açıqladı

5 İyul 2022 18:20 Fransa 1 189
PSJ yeni baş məşqçisini açıqladı

Maurisio Poçettinonu istefaya göndərən PSJ yeni baş məşqçisini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanı Kristof Qaltye çalışdıracaq. 55 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Daha əvvəl tərəflərin 2+1 illik sözləşməyə qol çəkəcəyi bildirilirdi.

Qeyd edək ki, Qaltye daha əvvəl Fransada "Sent-Etyen" və "Lill", "Nitsa" kimi komandaları çalışdırıb. Fransalı mütəxəssisin son klubu məhz "Nitsa" olub. O, bu il klubdan ayrılıb.

Xatırladaq ki, PSJ Poçettinonu 2 saat əvvəl istefaya göndərib. Argentinalı çalışdırıcı 2021-ci ilin yanvarından bu vəzifəni icra edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi