Messi 2023-cü ildə bu kluba transfer olacaq

18 May 2022 01:30 Fransa 1 850
Messi 2023-cü ildə bu kluba transfer olacaq

Uzun illər "Barselona" forması geydikdən sonra mövsümün əvvəlində PSJ-yə keçən Lionel Messi ilə bağlı yeni iddia yayılıb.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu karyerasını ABŞ-da davam etdirə bilər.

Yerli mətbuatın yazdığına görə, 35 yaşlı futbolçu "İnter Mayami"yə transfer olacaq.

Messinin 2023-cü ilin yayında Devid Bekhemin prezidenti olduğu kluba keçəcəyi bildirilir. Ulduz futbolçunun həmçinin klubun səhmlərinin 35 faizini alacağı da xəbərdə qeyd olunub.

Lionel Messi cari mövsümdə PSJ forması ilə meydana çıxdığı 33 matçda 11 qol və 13 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”