"Onun PSJ-də karyerası qısa olacaq, haqqında pis danışırlar"

5 Oktyabr 2021 15:20 Fransa 1 886
"Onun PSJ-də karyerası qısa olacaq, haqqında pis danışırlar"

İtaliya yığmasının sabiq futbolçusu Antonio Kassano PSJ-nin baş məşqçisi Maurisio Poçettino haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Kassano Poçettinonun Paris klubundakı fəaliyyətini tənqid edib.

O, Maurisio haqda yaxşı sözlər deyilmədiyini də vurğulayıb:

“Poçettinonun PSJ karyerası qısa sürəcək. Onun haqda yaxşı sözlər demirlər. O, insan kimi möhtəşəmdir, amma məşqçi kimi...

Onun, hətta bir dəqiqəlik də taktikası yoxdur. Necə oynamaq lazım gəldiyini futbolçulardan soruşur. Heç vaxt çempionları çalışdırmayıb. İndi isə böyük klubda faciənin astanasındadır”.

Poçettino PSJ-ni 2021-ci ilin yanvarından çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi