“Messi mənim etdiklərimi bacarmazdı” - Maradona dedi

27 Fevral 2020 23:50 Dünya futbolu 852
“Messi mənim etdiklərimi bacarmazdı” - Maradona dedi

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona növbəti dəfə həmyerlisi Lionel Messi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 59 yaşlı sabiq oyunçu jurnalistin “Messi gələcəkdə “Napoli”də çıxış edə bilərmi?” sualına belə cavab verib:

“Messi hazırda eniş dövrünü keçirir. Amma o, mənim yaşadığım həyatı yaşamayıb. Messi “Napoli”də oynaya bilər.

Amma açıq danışaq, mənim etdiklərimi bacarmazdı. “San Paolo” stadionunun Dieqosu olsa da, ümid edirəm ki, “Napoli” azarkeşlərinin bir Messisi olar”.

Digər Xəbərlər
Xəbər Lenti