“Bəlkə də millidə “siçovul” olduğu üçün çoxlu yalan məlumat yayılıb”

21:40 Dünya futbolu 100
“Bəlkə də millidə “siçovul” olduğu üçün çoxlu yalan məlumat yayılıb”

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro komanda ilə bağlı yayılan məlumatlardan narazılığını ifadə edib.

2026-cı il dünya çempionatında Özbəkistan millisi Kolumbiya (1:3), Portuqaliya (0:5) və Konqo Demokratik Respublikası (1:3) yığmalarına məğlub olaraq, qrup mərhələsini xalsız başa vurub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunu deyib:

“Kimsə çoxlu yalan məlumat yayırdı. Bəlkə də əcnəbi məşqçi olduğum üçün.

zlədiyimiz qaydaları mən hazırlamamışam, bunlar Avropa standartlarıdır. Niyə yalan məlumat yaydıqlarını başa düşmürəm.

Əvvəlki baş məşqçi yerli mütəxəssis idi və yaxşı nəticələr əldə etdi. Amma bu, məni tənqid etmək üçün səbəb ola bilməz.

Bu məsələyə aydınlıq gətirməmək mümkün deyildi. Bəlkə də milli komandada “siçovul” (xəbərçi) olduğu üçün çoxlu yalan məlumat yayılıb”.

Digər Xəbərlər
Xəbər Lenti