Millimiz niyə Gürcüstan və Ukrayna kimi AVRO-2024-ə vəsiqə qazana bilmədi?

12 Aprel 09:25 Dünya futbolu 616
Millimiz niyə Gürcüstan və Ukrayna kimi AVRO-2024-ə vəsiqə qazana bilmədi?

“Sabitlik yoxdur, çünki Azərbaycanda son vaxtlar tez-tez məşqçi dəyişir“.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq müdafiəçisi Maksim Medvedev deyib.

Keçmiş kapitan yığmanın Avropa çempionatına vəsiqə qazanan Gürcüstan və Ukraynanın uğurunu təkrarlaya bilməməsini qeyri-sabitlikdə görür:

“Hər kəs öz mentaliteti və fəlsəfəsi ilə komandaya gəlir. Məsələn, klublarda müdafiəçilərin bəziləri 4-lü, bəziləri 5-li oynayır.

Komanda bir-birinə öyrəşməlidir. Ancaq müxtəlif sxemlərə görə bu, çətindir.

Məşqçilərin tez-tez dəyişməsi səbəbindən komanda öz oyun sistemini tapa bilmirdi. Həmçinin gənclərdən ibarət komandaları da gücləndirmək lazımdır”.

O, Avropa çempionatında komanda sayının 24-ə yüksəldilməsini zəif millilər üçün şans hesab edir:

“Bu dəyişikliklər ona görə idi ki, nisbətən aşağı səviyyədə olan komandaların vəsiqə qazanmaq şansı olsun. Bu, müsbət tendensiyadır”.

Maksim Medvedev 2009-2022-ci illərdə Azərbaycan millisinin heyətində 81 oyun keçirib, 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU