Milli 67 yaşlı tanınmış baş məşqçiyə tapşırıldı - 2026-cı ilə qədər

17 May 2023 00:20 Dünya futbolu 566
Milli 67 yaşlı tanınmış baş məşqçiyə tapşırıldı - 2026-cı ilə qədər

Uruqvay yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu posta argentinalı mütəxəssis Marselo Byelsa təyin olunub.

Uruqvay Futbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, 67 yaşlı mütəxəssislə müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub.

Byelsa bu postda Dieqo Alonsonu əvəz edib. Argentinalı məşqçi son olaraq İngiltərənin “Lids” komandasına rəhbərlik edib. O, 2022-ci ilin fevralından işsiz idi.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!