Millinin baş məşqçisi ilə yeni müqavilə imzalanacaq -DÇ-2030-a qədər qüvvədə olacaq

00:10 Dünya futbolu 94
Millinin baş məşqçisi ilə yeni müqavilə imzalanacaq -DÇ-2030-a qədər qüvvədə olacaq

Argentina millisinin baş məşqçisi Lionel Skaloni yeni müqavilə imzalamağa yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin yeni sözləşməsinin vaxtı 2030-cu il dünya çempionatına qədər qüvvədə olacaq.

Skaloninin Argentina millisi ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin dekabrında başa çatır. Onun rəhbərliyi altında komanda 2022-ci il dünya çempionatını və iki dəfə Amerika kubokunu qazanıb.

Şimali Amerikada keçirilən son dünya çempionatında Argentina millisi finalda İspaniya yığmasına 0:1 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?