Klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edəcək

5 Mart 2021 15:20 Dünya futbolu 743
Klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edəcək

Çinin “Dalyan İfan” klubunda çıxış edən Marek Hamşik komandadan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edəcək.

Slovakiyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

O, “Slovan” ilə müqavilə imzalayacaq. Təcrübəli oyunçu Bratislava təmsilçisi ilə müqavilənin şərtlərində razılıq əldə edib.

Hamşik 2007-2019-cu illər aralığında “Napoli”də çıxış edib. Slovakiya millisinin kapitanı 2019-cu ildə Çin klubuna keçib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!