Azərbaycandakı dünya çempionatının iştirakçılarının sayı gündən-günə artır.

6 Sentyabr 13:35 Dünya çempionatı 777
Azərbaycandakı dünya çempionatının iştirakçılarının sayı gündən-günə artır.

Azərbaycanda təşkil olunacaq U-15-lər arasında dünya çempionatının iştirakçılarının sayı gündən-günə artır.

Sportinfo.az xəbər verir ki, Avstraliya yığmasının da oktyabrdakı mundiala qatılacağı dəqiqləşib.

Bu məqsədlə adıçəkilən ölkədə tarixində ilk dəfə həm oğlanlardan, həm də qızlardan ibarət U-15 millisi yaradılıb. Bu barədə Avstraliya Futbol Federasiyası məlumat yayıb.

Oğlanlar bu ilin 22-31 oktyabr aralığında Azərbaycanda keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparacaq.

Qızlardan ibarət U-15 millisi isə gələn il baş tutacaq mundiala qatılacaq.

2028-ci ildən etibarən həm oğlanlar, həm də qızlar arasında dünya çempionatı keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM