“Hazırkı hədəfimiz Premyer Liqada qalmaqdır” – Klub patronu

27 Avqust 2023 09:00 Turan 1 744
“Hazırkı hədəfimiz Premyer Liqada qalmaqdır” – Klub patronu

"Oyunu təhlil etmək mənə düşməz, baş məşqçi bu barədə öz sözlərini deyib".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev "Səbail"lə oyundan sonra deyib.

O, hazırda Tovuz klubunun hədəflərinin böyük olmadığını bildirib:

"İdarə heyətinin sədri olaraq onu demək istəyirəm ki, əskiklərimiz həddindən artıq çoxdur. Baxmayaraq ki, ötən ilin ikinci dövrəsindən başlayaraq sponsorumuz oldu.

Bu məğlubiyyətə baxmayaraq, tərəfdarlarımız üzülməsin. Bir açıqlama verəcəm, bilirəm, azarkeşlər həmişə qələbə istəyir, hədəfləri böyükdür.

Bizim hazırkı hədəfimiz Premyer Liqada qalmaqdır. Komanda olaraq digər hədəflərə hazır deyilik.

Oyunçularımızın performansını ölçən Katapult sistemini biz yeni almışıq. Analitik məşqçimiz yoxdur, fiziki hazırlıq üzrə məşqçimiz yeni gəlib. İşıq məsələsindən xəbərdarsınız".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular