Çempion olduğu komandaya qayıdır

17 May 2020 19:40 Digər növlər 427
Çempion olduğu komandaya qayıdır

"Formula 1" üzrə ikiqat dünya çempionu Fernando Alonso "Renault" komandasına qayıtmağa yaxındır.

Sportinfo.az xəbər verir ki, spaniyalı pilot Fransa komandası ilə ciddi danışıqlar aparıb və ilkin razılıq əldə edib.

Onun 3 gün öncə "McLaren"ə keçən Daniel Rikkardonu əvəzləyəcəyi gözlənilir. Alonsonun "Renault"a transferi komandanın koronavirus pandemiyasının yaratdığı maliyyə çətinlikləri fonunda "Formula 1" proqramına dəstək verib-verməyəcəyindən asılı olacaq.

Fernando Alonso 2005-2006-cı illərdə məhz "Reanult" komandasının heyətində dünya çempionluğunu qazanıb. 39 yaşlı pilot 2016-cı ildə Azərbaycanda keçirilmiş Avropa Qran-prisinin səfiri olub.

Digər Xəbərlər
Xəbər Lenti